Hindistanda virusa yoluxma sayı 28 milyonu ötdü

Hindistanda virusa yoluxma sayı 28 milyonu ötdü
  31 May 2021    Oxunub:656
Hindistanda son sutka ərzində 152 734 nəfər koronavirusa yoluxub, 3128 ölüm faktı qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, virusa yoluxanların ümumi sayı 28 047 534 nəfərdir. İndiyədək 329 100 pasiyent pandemiyanın qurbanı olub.

Qeyd edək ki, Hindistan COVID-19-a yoluxma hallarının sayına görə dünyada ikinci yerdədir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Hindistan  





Xəbər lenti