Çavuşoğlu NATO XİN rəhbərlərinin iclasında iştirak edəcək

Çavuşoğlu NATO XİN rəhbərlərinin iclasında iştirak edəcək
  31 May 2021    Oxunub:903
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NATO XİN rəhbərlərinin toplantısında iştirak edəcək.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb. Qeyd olunub ki, iclas 1 iyun tarixində videokonfrans formatında keçiriləcək.

İclasda 2021-ci ildə NATO liderlərinin zirvə görüşünə hazırlıq, ittifaqın siyasi rolunu gücləndirmək üçün həyata keçirilən “NATO 2030” prosesinin qiymətləndirilməsi, həmçinin Avroatlantik bölgənin təhlükəsizliyi ilə əlaqəli inkişaflar və digər məsələlər müzakirə ediləcək.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: MövludÇavuşoğlu  





Xəbər lenti