Şəmkirdə silahlı şəxslərə qarşı əməliyyat keçirildi - FOTO

Şəmkirdə silahlı şəxslərə qarşı əməliyyat keçirildi -    FOTO
  31 May 2021    Oxunub:1357
Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində keçirilən növbəti əməliyyat tədbirləri uğurla nəticələnib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan Azvision.az -a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Əkbər Sadıqovdan 1 ədəd istifadəyə yararlı tapança pulemyot, 1 ədəd onun komplekt hissəsi hesab edilən sandıqca və 150 ədəd 7.62 mm-lik atəşə yararlı patron aşkar edilərək götürülüb.



Davam etdirilən tədbirlər nəticəsində rayonun Dəllər-Cəyir kənd sakini, Elşad Əliyevdən də odlu silah aşkar edilərək götürülüb. Belə ki, daxil olmuş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində E.Əliyevin yaşadığı fərdi yaşayış evinə baxış keçirilmiş və oradan 1 ədəd, istifadəyə yararlı “Makarov” konstruksiyalı tapança, həmin tapançaya aid 1 ədəd daraq, 23 ədəd patron və 1 ədəd bıçaq aşkar edilərək götürülüb. İlkin dindirilmə zamanı, saxlanılan şəxs odlu silahı bir neçə ay əvvəl qəbirstanlıqdan tapdığını bildirb.



Şəmkir Rayon Polis Şöbəsinin, Kür və Zəyəm Polis Bölmələrinin bu istiqamətdə keçirdiklər digər əməliyyat tədbirləri də uğurla nəticələnib. Belə ki, rayon sakinlərindən müvafiq sənədləri olmayan 10 ədəd müxtəlif markalı və çaplı ov tüfəngləri aşkar edilərək götürülüb. Faktlarla bağlı RPŞ-nin İstintaq Bölməsində araşdırmalar davam etdirilir.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti