“Tarzan” və həyat yoldaşı təyyarə qəzasında ölüb

“Tarzan” və həyat yoldaşı təyyarə qəzasında ölüb
  31 May 2021    Oxunub:840
"Tarzan” macəra televiziya serialının (1996-2000) qəhrəmanı, amerikalı aktyor Cozef Lara təyyarə qəzasında həlak olub.
Azvision.az xəbər verir ki, bu barədə “The Hollywood Reporter” məlumat yayıb.

Tennesi ştatının Smirna şəhərindəki aeroportdan havaya qalxdıqdan bir qədər sonra yüngül mühərrikli təyyarənin gölə düşməsi barədə məlumat daxil olub. Qeyd edilib ki, hadisə nəticəsində yeddi nəfər ölüb. Onların arasında 58 yaşlı Lara və həyat yoldaşı, ABŞ-da tanınmış dietoloq Qven Şamblin də var.

Lara 30 illik aktyorluq karyerası boyunca, demək olar ki, 30 filmdə rol alıb. Həmçinin, musiqi fəaliyyəti ilə məşğul olub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Tarzan  





Xəbər lenti