Şoyqu Arutyunyanla yenə Qarabağı müzakirə edib

Şoyqu Arutyunyanla yenə Qarabağı müzakirə edib
  31 May 2021    Oxunub:760
Rusiyanın müdafiə naziri Sergey Şoyqu növbəti dəfə erməni həmkarı Vaqarşak Arutyunyanla telefonla danışıb.
Azvision.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Tərəflər bölgədəki vəziyyəti və Dağlıq Qarabağda sülhməramlıların fəaliyyətini müzakirə ediblər.

"31 may tarixində Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan ilə telefonla danışıqlar aparıb. Söhbət zamanı bölgədəki vəziyyət və Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentinin fəaliyyəti müzakirə edilib", - məlumatda deyilir.

Xatırladaq ki, Arutyunyan mayın 28-də Rusiyada səfərdə olub və Şoyqu ilə danışıqlar aparıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: DağlıqQarabağ  





Xəbər lenti