Rusiya NATO ilə dialoqu bərpa etməyə hazırdır

  31 May 2021    Oxunub :403
 Rusiya NATO ilə dialoqu bərpa etməyə hazırdır
Rusiya Şimali Atlantika İttifaqı ilə dialoqu bərpa etməyə hazırdır və təkliflərinə cavab gözləyir.
Azvision.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov portuqaliyalı həmkarı Auqusto Santos Silva ilə birgə mətbuat konfransında deyib.

"Dialoqu davam etdirməyə hazır olacağıq. Bir ildən çoxdur Şimali Atlantika İttifaqında nəzərdən keçirilən bir çox təklifimizə cavab gözləyirik. Həmin təkliflərin qəbulu NATO-nun hərbi infrastrukturunun sərhədlərimizə yaxın davamlı hərəkəti səbəbindən gərginləşən vəziyyətin deeskalasiyasına əhəmiyyətli dərəcədə kömək edə bilər", - Lavrov söyləyib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: NATO