İrəvanda etiraz edən əsgər anası oğlunun meyitini tapa bilmir

 İrəvanda etiraz edən əsgər anası oğlunun meyitini tapa bilmir
  31 May 2021    Oxunub:1137
Xəbər verdiyimiz kimi, bu gün Ermənistanda itkin düşən hərbçilərin yaxınları etiraz aksiyası keçirərək bir sıra küçələri bağlayıblar.
Azvision.az xəbər verir ki, müharibədə ölmüş əsgər Hovanes Nerkararyanın anası jurnalistlərə açıqlamasında 7 aydır övladının cəsədinin təhvil verilməməsindən şikayətlənib.

“Heç olmasa cəsədini gətirsinlər ki, hansı məkanda ağlayacağımı bilim. 7 aydır xəbər yoxdur. İndi isə mənə deyirlər ki, cəsəd itib. Cəsəd harada itib axı? 13 oktyabrda mənə oğlumun öldüyü bildirildi. Meyitxanalarda oldum. Amma bizi içəri buraxmadılar, DNT analizinin nəticələrini gözlədiklərini dedilər. Uşağımın cəsədini nə qədər gözləyəcəyəm?",- deyə Alvina Nerkararyan bildirib.

Qeyd edək ki, itkin düşmüş hərbçilərin yaxınları rəsmi məlumatlarda yanlışlığın olduğunu iddia edərək ölülərin dəqiq sayını öyrənmək üçün ölkənin bütün meyitxanalarını gəzəcəklərini bəyan ediblər.

Tural Tağıyev
Azvision.az


Teqlər: Əsgər   Ermənistan   Etiraz  





Xəbər lenti