Qriqoryan infrastrukturun blokdan çıxarılmasından danışdı

 Qriqoryan infrastrukturun blokdan çıxarılmasından danışdı
  31 May 2021    Oxunub:1049
Ermənistan, Rusiya və Azərbaycanın təmsil olunduğu işçi qrupu SSRİ dövründə bölgədə fəaliyyət göstərən infrastrukturların blokdan çıxarılmasını və bərabər şərtlərlə malların daşınmasını müzakirə edir.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın baş nazirinin müavini, erməni tərəfdən üçtərəfli işçi qrupun rəhbəri Mqer Qriqoryan deyib.

Onun sözlərinə görə, işçi qrupu fəaliyyətə davam edəcəyi təqdirdə bu məsələlərin müzakirəsi diqqət mərkəzində olacaq.

"Hazırda danışıqlarda Sovet dövründəki dəmir yolu infrastrukturunun bərpasının və malların bərabər əsasda və bərabər imkanlarla daşınmasının mümkünlüyünə baxılır".

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Qriqoryan  





Xəbər lenti