79 dövlət əmlakı hərraca çıxarılacaq

79 dövlət əmlakı hərraca çıxarılacaq
  31 May 2021    Oxunub:1082
Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) tərəfindən növbəti hərrac iyunun 29-da təşkil ediləcək.
ƏMDX-dən Azvision.az -a bildirilib ki, hərraca 79 dövlət əmlakı çıxarılacaq. Bunlardan 35-i səhmdar cəmiyyət, 28-i nəqliyyat vasitəsi, 16 kiçik dövlət müəssisəsi və yarımçıq tikilidir. Özəlləşdirməyə çıxarılan dövlət əmlakının tam siyahısı ilə burada tanış ola bilərsiniz (https://bit.ly/3c5wjt7).

Keçiriləcək özəlləşdirmə hərraclarında iştirak etmək istəyən şəxslər Dövlət Xidmətinin rəsmi saytından (“emlak.gov.az”) və ya Özəlləşdirmə Portalından (“privatization.az”) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilərlər. Elektron Xidmətlər Portalından (“e-emlak.gov.az”) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilərlər.

Hərrac günü prosesə marağı olanlar həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalından (“e-emlak.gov.az”) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.

Azvision.az



Teqlər: Hərrac  





Xəbər lenti