Kəlbəcərdə Ermənistana məxsus PUA ələ keçirildi - FOTO
31 May 2021
Oxunub:2417
Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində Ermənistan Silahlı Qüvvələrinə məxsus “Qrifon-12” tipli pilotsuz uçuş aparatı (PUA) bölmələrimiz tərəfindən aşkar olunaraq xüsusi texniki vasitələrlə yerə endirilib.
Bu barədə Azvision.az - a Müdafiə Nazirliyindən məlumat verilib.