Koronavirusa yoluxan erməni hərbçilər xidmətə məcbur edilir
Məlumata görə, hərbi qulluqçular K.Gevorkyan və D.Petrosyan koronovirusa yoluxsalar da, onlar müalicə müəssisəsinə yerləşdirilməyib. Koronavirus xəstəsi olan hərbçilər məcburi şəkildə xidmətə cəlb olunur.
Digər hərbi hissələrdə də oxşar hallar müşahidə edilir. İnfeksiya daşıyıcılarının xidmətə məcbur edilməsi hərbçi çatışmazlığı ilə əlaqələndirilir. Bu da sonda fərarilik və intihar hallarına gətirib çıxarır.
Ermənistanın rəsmi qurumları isə sadəcə hərbi hissələrdəki problemləri ört-basdır etməklə vəziyyətdən çıxmağa çalışır.
Azvision.az
Teqlər: Ermənistan Hərbçi