Britaniyadan sərhədlə bağlı Bakı və İrəvana çağırış

Britaniyadan sərhədlə bağlı Bakı və İrəvana çağırış
  01 İyun 2021    Oxunub:1211
Böyük Britaniyanın Avropa Qonşuluğu üzrə Dövlət naziri Vendi Morton Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətdən narahatlığını bildirib.

Azvision.az xəbər verir ki, bu barədə xanım nazir Tvitter hesabında paylaşım edib.
"Ermənistan-Azərbaycan sərhədində davam edən gərginlikdən dərindən narahatam. Britaniya hər iki tərəfi dərhal qoşunlarını geri çəkməyə, eskalasiya hərəkətlərindən və yeni minaların yerləşdirilməsindən çəkinməyə çağırır”.

Morton, həmçinin tərəfləri sərhədlərin müəyyənləşdirilməsinə dair ön şərt olmadan konstruktiv danışıqlar aparmağa çağırıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Britaniya   Sərhəd  





Xəbər lenti