Dünyada koronavirusla bağlı vəziyyət necədir?

Dünyada koronavirusla bağlı vəziyyət necədir?
  01 İyun 2021    Oxunub:728
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 171 milyon 468 min 758 nəfərə çatıb.

Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 3 milyon 565 min 27 nəfərdir. İndiyədək 153 milyon 766 min 652 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 34 113 146 nəfər virusa yoluxub, 609 767 xəstə dünyasını dəyişib. İkinci sırada Hindistan gəlir. İndiyədək ölkədə 28 174 044 nəfərdə virus aşkar edilib. Xəstələrdən 331 909 nəfər həyatını itirib.

Üçüncü sırada yer alan Braziliyada pandemiya dövründə 16 547 674 nəfərdə koronavirusa yoluxma qeydə alınıb. Onlardan 462 966 nəfəri vəfat edib.

Dördüncü yerdə qərarlaşan Fransada 5 667 324 yoluxma, 109 528 ölüm faktı qeydə alınıb. Siyahıda beşinci olan Türkiyədə 5 249 404 nəfər virusa yoluxub ki, onlardan 47 527-i dünyasını dəyişib.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti