Tanışını bıçaqlayan Kürdəmir sakini tutuldu

Tanışını bıçaqlayan Kürdəmir sakini tutuldu
  01 İyun 2021    Oxunub:907
28 may 2021-ci il tarixdə saat 22 radələrində Kürdəmir rayonu ərazisində rayon sakini Famil Cəfərovun bıçaqlanaraq xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Azvision.az -a Kürdəmir rayon prokurorluğundan məlumat verilib. Aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin tanışı Famil Qurbanov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Famil Cəfərovu qəsdən öldürməyə cəhd edib.

Faktla bağlı Kürdəmir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Famil Qurbanov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq aparılır.

Azvision.az



Teqlər: Kürdəmir  





Xəbər lenti