Hövsanda güzəştli mənzillərin satışına başlanılır

Hövsanda güzəştli mənzillərin satışına başlanılır
  01 İyun 2021    Oxunub:2404
Hövsan Yaşayış Kompleksində inşa olunan 9 binanın ümumilikdə 307 mənzili üzrə satışlar 1 iyul 2021-ci il tarixində saat 11:00-da başlayacaq və 15 iyul 2021-ci il tarixi saat 11:00-dək davam edəcək.
Mənzil İnşaatı Dövlət Agentliyindən Azvision.az -a verilən məlumata görə, Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi qaydasına uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi 6 iyul 2021-ci il tarixində saat 11:00-da başlayacaq və 15 iyul 2021-ci il tarixi saat 11:00-dək davam edəcək.

Mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərində (e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.

Azvision.az


Teqlər: MİDA  





Xəbər lenti