“Morqun döşəməsinə dövlətimiz və şərəfimiz atılıb” - Erməni fəal
Azvision.az -ın məlumatına görə, bu barədə yerli mediaya açıqlama verən Aqababyan deyib ki, dünən cəsəd qalıqlarının zirzəmilərdə gizlədilməsi ilə bağlı aşkarlanan fotolar utancvericidir:
Sərhəddə dayanan və ya vətəni üçün canını verən bir əsgər dövlətimizin şərəfimizin təmsilçisidir. Yalnız düşmən hərbçilərimizə və oğlanlarımıza belə münasibət göstərə bilər. Nikol və onun dəstəsi oğlanlarımıza belə davrandı. Morqun döşəməsində yalnız övladlarımız deyil, dövlətimiz, dövlətçiliyimiz və şərəfimiz də atılıb",- deyə erməni fəal gileylənib.
Xatırladaq ki, dünən sosial şəbəkələrdə və KİV-lərdə məhkəmə tibbi ekspertizanın Abovyan şöbəsində yüzlərlə erməni əsgər cəsədinin plastik torbalarda saxlanılmasına dair görüntülər yayılıb.
Oxşar mövzu:
Ermənistanı qarışdıran görüntü: Yüzlərlə hərbçinin cəsədi zirzəmidə tapıldı
Tural Tağıyev
Azvision.az
Teqlər: Ermənistan