ABŞ İran neftini 110 milyon dollara satdı

ABŞ İran neftini 110 milyon dollara satdı
  01 İyun 2021    Oxunub:887
ABŞ Birləşmiş Ərəb Əmirliklərinin sahillərində saxlanılan “Achilleas” tankerindəki İran neftini 110 milyon dollara satıb.
Azvision.az xəbər verir ki, bu barədə “Associated Press” məhkəmə sənədlərinə istinadən məlumat yayıb.

İran neftini daşıyan tanker bu ilin fevral ayında ABŞ tərəfindən saxlanılmışdı. Məhkəmə sənədlərinə görə, gəmi Amerikanın terrorla mübarizə qanunlarına uyğun olaraq müsadirə edilib.

Amerika rəsmiləri iddia edir ki, İraq nefti kimi təqdim edilən neftin alıcısı Çin imiş. Araşdırmarlardan sonra tanker Texas ştatının Hyuston şəhərinə aparılıb, 2 milyon bareldən çox xam neft 110 milyon dollara satılıb.

Azvision.az


Teqlər: ABŞ   İran   Neft  





Xəbər lenti