Erməni nazir hərbçi cəsədlərinin zirzəmidə saxlanıldığını etiraf etdi

Erməni nazir hərbçi cəsədlərinin zirzəmidə saxlanıldığını etiraf etdi
  01 İyun 2021    Oxunub:1102
Ermənistanın səhiyyə naziri vəzifəsini icra edən Anait Avanesyan ikinci Qarabağ müharibəsində ölən erməni əsgərlərin cəsədlərinin zirzəmidə saxlanılmasına görə, onların ailələrindən üzr istəyib.

Azvision.az xəbər verir ki, bu barədə Avanesyan açıqlama yayıb.
Nazir bildirib ki, bu, onun səhvidir, çünki qalıqların daşınmasından sonra şəxsən onların lazımi şəraitdə saxlanılması ilə məşğul olmayıb.

Qeyd edək ki, sosial şəbəkələrin erməni seqmentində Qarabağ müharibəsində ölən erməni hərbçilərin plastik torbalara bükülmüş cəsəd və qalıqlarının əks olunduğu fotolar yayılıb. Həmin torbalar tibbi-ekspertiza mərkəzinin Abovyan bölməsinin zirzəmisində yerə səpələnib. Cəsədlərin görüntüləri Ermənistanda ciddi etirazlara səbəb olub.

Faktla bağlı xidməti araşdırma aparılır.

Oxşar mövzu:

Ermənistanı qarışdıran görüntü: Yüzlərlə hərbçinin cəsədi zirzəmidə tapıldı

Pərvanə Sultanova
Azvision.az


Teqlər: AnaitAvanesyan  





Xəbər lenti