Azərbaycan-Meksika ticarət dövriyyəsi rekord həddə çata bilər

Azərbaycan-Meksika ticarət dövriyyəsi rekord həddə çata bilər
  01 İyun 2021    Oxunub:1338
2020-ci ildə Meksika-Azərbaycan ikitərəfli ticarəti COVID-19 səbəbindən cəmi 4% azalma ilə 50,3 milyon dollar olub.
Bu barədə Azvision.az -a Meksikanın Bakıdakı səfirliyindən bildirilib.

Məlumata görə, 2019-cu ildə tarixi rekord - 52.4 milyon ABŞ dolları qeydə alınıb.

"Bu rəqəm Meksikanı Azərbaycanın ikinci Latın Amerikası ticarət tərəfdaşı olaraq təyin edir. 2021-ci ildə ikitərəfli ticarətin 2019-cu ildə əldə olunan rekord həddə çatması gözlənilir", - açıqlamada vurğulanıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Meksika  





Xəbər lenti