Koçaryan baş nazirin səlahiyyətlərinin azaldılmasını istəyir

  01 İyun 2021    Oxunub :455
 Koçaryan baş nazirin səlahiyyətlərinin azaldılmasını istəyir
Ermənistanda parlament idarəetmə sisteminə keçid düşünülməmiş addım idi.
Azvision.az xəbər verir ki, bunu ölkənin ikinci prezidenti Robert Koçaryan deyib. Onun sözlərinə görə, baş nazirin səlahiyyətləri məhdudlaşdırılmalıdır:

"Ermənistanın heç bir prezidentinin baş nazir qədər səlahiyyətləri olmayıb. Bu, sadəcə qəbuledilməzdir"- deyən Koçaryana görə, parlament respublikası haqqında danışmaq sadəcə tələskənlik idi.

"Mənə elə gəlir ki, bu, səhv addımdır. Hesab edirəm ki, ən azı bir addım və ya yarım addım geriyə atmaq lazımdır".

Keçmiş prezident düşünür ki, fəaliyyətdə olan baş nazir bu qədər səlahiyyətə sahib olmamalıdır. O, Ermənistandakı gücün balanssız olduğunu söyləyib:

"Mövcud sistem ehtiyatla dəyişdirilməlidir, lakin bu istiqamətdə baş nazirin şəxsi gücünün azaldılması üçün bəzi addımlar atılmalıdır. Hüquq-mühafizə orqanları şəxsən ölkənin baş nazirinə tabe olmamalıdır. Bu, sadəcə özbaşınalıqdır. Buna yol verilməməlidir".

Pərvanə Sultanova
Azvision.az

Teqlər: RobertKoçaryan