Aprelin hava proqnozu

Aprelin hava proqnozu
  29 Mart 2013    Oxunub:1527
Aprel ayında havanın orta aylıq temperaturunun
iqlim normasına yaxın və bir qədər yüksək olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin AzVision.az-a verilən məlumata görə, 2013-cü ilin aprel ayında havanın orta aylıq temperaturunun
iqlim normasına yaxın və bir qədər yüksək olacağı gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı ehtimal olunur.

Ayın əvvəlində hava şəraiti nisbətən sabit və mülayim keçəcək.
Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 13-16 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasından bir qədər yüksəkdir. Gecələr temperatur 7-12, ayın ikinci yarısının
bəzi günlərində 13-15 dərəcə isti təşkil edəcək. Gündüzlər havanın temperaturu 17-22 dərəcə isti təşkil edəcək, bəzi günlərdə 26-31 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər az (norma 23-33 mm) olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 12-16 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr temperatur 4-9, ayın ikinci
yarısının bəzi günlərində 9-13 dərəcə isti təşkil edəcək. Gündüzlər temperatur 17-22 dərəcə isti təşkil edəcək, bəzi günlərdə 25-29 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər az
(norma 34-59 mm) olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd; Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında
Orta aylıq temperaturun 8-12 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 2-7 dərəcə isti təşkil edəcək. Gündüzlər temperatur 10-15 dərəcə isti olacaq, bəzi günlərdə 18-23 dərəcəyədək yüksələcək.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər az (norma 54-83 mm) olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, TərTər, Ağdam, Ağcabədi, Füzuli, Cəbrayıl rayonlarında Orta aylıq temperaturun 13-17 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 6-11, bəzi günlərdə 12-15 dərəcə isti təşkil edəcək. Gündüzlər temperatur 18-23 dərəcə isti olacaq, bəzi günlərdə 25-29 dərəcəyədək yüksələcək.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər az (norma 31-54 mm) olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında
Orta aylıq temperaturun 10-15 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 3-8, bəzi günlərdə 9-13 dərəcə isti təşkil edəcək. Gündüzlər 14-19, bəzi günlərində 22-27 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər az (norma 29-126 mm) olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 14-18 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 7-12, bəzi günlərdə 13-15 dərəcə isti təşkil edəcək. Gündüzlər 18-23 dərəcə isti olacağı, bəzi günlərdə 26-31 dərəcəyədək yüksələcəyi gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasından az, bəzi yerlərdə isə normaya yaxın (norma 30-49 mm) olacağı gözlənilir.

Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı rayonlarında orta aylıq temperaturun 12-16 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim
normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 6-11, bəzi günlərdə 12-14 dərəcə isti təşkil edəcək. Ayın birinci yarısında dağlarda 0-5 dərəcə isti olacağı gözlənilir. Gündüzlər temperatur 16-21, bəzi günlərdə 25-30 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər az (norma 41-72 mm) olacağı gözlənilir.


Teqlər:





Xəbər lenti