Ter-Petrosyan Paşinyanla debatdan imtina etdi

Ter-Petrosyan Paşinyanla debatdan imtina etdi
  01 İyun 2021    Oxunub:821
Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan baş nazir vəzifəsini icra edən Nikol Paşinyanla ictimai debatdan imtina edib.
Azvision.az xəbər verir ki, bu barədə onun mətbuat katibi Arman Musinyan “Facebook” hesabında bildirib.

Bundan əvvəl, Paşinyan Ter-Petrosyana və ikinci prezident Robert Koçaryana parlament seçkilərindən iki gün öncə - 18 iyun tarixində İctimai TV-nin efirində Qarabağ mövzusunda debat keçirməyi təklif edib.

Musinyana görə, Ter-Petrosyanın ölkəni milli fəlakətə çatdıran şəxslə danışacağı heç nə yoxdur.

Qeyd edək ki, Paşinyanın təklifinə Koçaryan tərəfindən hələ rəsmi cavab verilməyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Paşinyan   Debat  





Xəbər lenti