Vaksin vurduran gürcü nazir COVID-19-a yoluxdu

Vaksin vurduran gürcü nazir COVID-19-a yoluxdu
  01 İyun 2021    Oxunub:1426
COVID-19 infeksiyasına qarşı vaksin vurduran Gürcüstanın səhiyyə naziri Ekaterina Tikaradze koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə “Novosti Qruziya” məlumat yatıb. Bildirilir ki, nazir özünü yaxşı hiss edir. Nazir birinci mərhələ üzrə vaksinasiyadan keçib və ona “AstraZenecа” peyvəndi vurulub. Nazirə peyvəndin ikinci dozası iyunda vurulmalı idi.

Yeni növ koronavirus infeksiyası ilə bağlı analiz nümunələri müsbət çıxan Ekaterina Tikaradze özünü təcrid rejiminə keçib və işini distant formada davam etdirir.

Azvision.az


Teqlər: Gürcüstan  





Xəbər lenti