Çində koronavirusdan sonra quş qripi yayılır

Çində koronavirusdan sonra quş qripi yayılır
  01 İyun 2021    Oxunub:1796
Çinin Çzyansu vilayətində yerli sakinlərdən birində H10N3 quş qripi ştammına yoluxma faktı qeydə alınıb.
Bu barədə Azvision.az "RİA Novosti”yə istinadən xəbər verir ki, virusa yoluxan şəxs vilayətin 43 yaşlı sakinidir. Belə ki, 23 aprel tarixində adı açıqlanmayan şəxsin hərarəti qalxıb. Digər simptomlar ortaya çıxdıqdan beş gün sonra xəstənin vəziyyəti pisləşib və o, xəstəxanaya yerləşdirilib.

28 may tarixində xəstədən alınan nümunələrin cavabında H10N3 virusu aşkar olunub. Xəstə ilə sıx təmasda olan şəxslər həkim nəzarətinə alınıb, onlarda heç bir anomaliya aşkar edilməyib.

Hazırda xəstənin vəziyyəti stabil qiymətləndirilir.

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: Çin  





Xəbər lenti