Bu ölkədə məhbuslar azadlığa çıxmaq istəmir

Bu ölkədə məhbuslar azadlığa çıxmaq istəmir
  01 İyun 2021    Oxunub:1056
Hindistanda azadlığa buraxılan məhkumlar həbsxananı tərk etmək istəmir.
Azvision.az “India Today”ə istinadla xəbər verir ki, buna səbəb koronavirus infeksiyasının geniş yayılmasıdır.

Ölkənin Uttar-Pradeş ştatındakı 9 həbsxanadan 20-dən çox məhkum şərti olaraq azadlığa buraxılıb, lakin onlar çıxmaq istəməyiblər. Məhbuslar pandemiya zamanı həbsxanada qalmağın daha etibarlı olduğunu, həmçinin, qida, lazımi dərmanlar və mütəmadi tibbi müayinələrlə təmin olunduqlarını söyləyiblər.

Hindistan həbsxana sisteminin rəhbəri Anand Kumar məhkumların bununla bağlı yazılı müraciət ünvanladığını bildirib, bu səbəbdən mövqelərinin qəbul olunmalı və hörmət edilməli olduğunu söyləyib. O, həbsdən çıxdıqdan sonra insanların çoxunun həyatda qalmaq üçün mübarizə apardıqlarını vurğulayıb.

Qeyd edək ki, mayın əvvəlində Hindistanın Ali Məhkəməsi koronavirusun böyük dalğasına görə həbsxanaların yükünün azaldılmasına qərar verib. O andan etibarən 11,5 min məhkum şərti olaraq və girov müqabilində sərbəst buraxılıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Hindistan  





Xəbər lenti