Ermənistanda müharibədən sonra cinayətlər artıb

Ermənistanda müharibədən sonra cinayətlər artıb
  01 İyun 2021    Oxunub:1087
“Ermənistanda cinayətlərin sayının artması müharibədən sonrakı dövrdə gözlənilən idi”.
Azvision.az xəbər verir ki, bunu Ermənistan polis rəhbərinin müavini Ara Fidanyan “kriminal avtoritet” Artur Asatryanın qardaşının öldürülməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, ölkədə qanunsuz silah, döyüş sursatının satışı və dövriyyəsi mövcuddur: “Bu sayda artım var. Müharibədən sonra qanunsuz silah gəzdirənlərin də sayı artıb. Buna baxmayaraq, polis müvafiq işlər görür”.

Qeyd edək ki, həbs edilən “kriminal avtoritet” Artur Asatryanın qardaşı Armen Asatryan evinin qarşısında qətlə yetirilib. 5 may tarixində isə “kriminal avtoritet”in mühafizəçisi öldürülüb. Ermənistan polisi qatilləri tapmaqda çətinlik çəkir.

İlkin Nəcəfzadə
Azvision.az



Teqlər: Ermənistan   Cinayət  





Xəbər lenti