“Sərhəd gərginliyi danışıqlar yolu ilə həll olunmalıdır” - Nazir

  “Sərhəd gərginliyi danışıqlar yolu ilə həll olunmalıdır” -    Nazir
  01 İyun 2021    Oxunub:1292
Xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın Azərbaycana yeni təyin edilmiş səfiri Klaudio Taffurini qəbul edib.
XİN-dən Azvision.az -a verilən məlumata görə, İtaliya səfiri Klaudio Taffuri etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.

Ceyhun Bayramov Azərbaycan Prezidentinə təşəkkür edib
Nazir Ceyhun Bayramov Klaudio Taffurini Azərbaycana səfir təyin olunması münasibətilə təbrik etdi və ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Nazir Ceyhun Bayramov Azərbaycan və İtaliya arasında mövcud olan yüksək səviyyəli əməkdaşlıq münasibətlərini vurğulayaraq, bu münasibətlərin gələcəkdə daha da inkişaf etdirilməsi perspektivlərini qeyd edib və yeni səfirin fəaliyyəti dövründə bu xüsusda uğurlu nəticələrin əldə olunacağına inamını ifadə edib.



Nazir, həmçinin səfir Klaudio Taffuriyə münaqişə sonrası bölgədə mövcud olan vəziyyət, üçtərəfli bəyanatların icrası, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri haqqında məlumat verib. Nazir, Azərbaycan və Ermənistan arasında mövcud olan fikir ayrılıqlarının, o cümlədən sərhəd gərginliyi məsələlərinin danışıqlar yolu ilə həllinin vacibliyini vurğulayıb. Səfir Klaudio Taffuri ikitərəfli münasibətlərinin genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini və bütün istiqamətlər üzrə əməkdaşlığın inkişafı istiqamətində müvafiq addımların atılacağını qeyd edib.

Görüşdə tərəflər ikitərəfli əməkdaşlıq gündəliyi üzrə ümumi fikir mübadiləsi aparıb.

Azvision.az


Teqlər: Ceyhun-Bayramov   İtaliya   Səfir  





Xəbər lenti