Şəhid Teymurun cənnətdəki ilk doğum günü - VİDEO+FOTOLAR

 Şəhid Teymurun cənnətdəki ilk doğum günü -  VİDEO+FOTOLAR
  01 İyun 2021    Oxunub:3040
Vətən Müharibəsində qəhrəmancasına şəhid olan Osmanlı Teymur Saday oğlunun doğum günü qeyd olunub. Şəhidin xatirəsi dəfn olunduğu İsmayıllı rayon Cülyan kənd qəbiristanlığında anılıb.
Azvision.az xəbər verir ki, şəhidin anım mərasimində rayon icra hakimiyyətinin başçısı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti İsmayıllı rayon Şöbəsinin rəisi, şəhidin yaxınları və kənd sakinləri iştirak ediblər.



Mərasimdə çıxış edənlər Teymurun keçdiyi qısa və şərəfli ömür yolundan danışıblar. Qeyd olunub ki, 1995-ci ildə anadan olan Teymur orta məktəbi bitirdikdən sonra ali təhsil alıb, 2020-ci il sentyabrın 27-dən başlanan İkinci Qarabağ müharibəsinə qatılıb və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.



Anım mərasimindən sonra Cülyan kəndində I və II Qarabağ müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan Baş leytenant Çingiz Bağırov və Teymur Osmanlının xatirəsinə inşa edilən bulağın açılış mərasimi keçirilib.



Qeyd edək ki, Teymur Osmanlı 1995-ci il mayın 31-də İsmayıllı rayonunun Cülyan kəndində anadan olub. 2012-2016-cı illərdə Azərbaycan Dillər Universitetində (ADU) "Fransız dili" üzrə ali təhsil alıb. 2017-ci ildən Naxçıvan Dövlət Universitetində təhsilini davam etdirib.



T.Osmanlı 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. O, 2020-ci il sentyabrın 27-də işğal altında olan ərazilərimizin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başladılan Vətən müharibəsinə könüllü qatılıb.

T.Osmanlı oktyabrın 17-də Suqovuşan istiqamətində qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalıb.









Bəxtiyar Məmmədov
Azvision.az


Teqlər: Şəhid   Vətən-müharibəsi  





Xəbər lenti