Son sutkada 353 mindən çox yoluxma aşkarlanıb

Son sutkada 353 mindən çox yoluxma aşkarlanıb
  01 İyun 2021    Oxunub:664
Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 353 mindən çox artıb.
Azvision.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutkada 352 685 nəfər koronavirusa yoluxub, 8055 pasiyent dünyasını dəyişib. Virusa yoluxanların ümumi sayı 170 426 245, ölənlərin isə 3 548 628 nəfərə çatıb.

İndiyədək ən çox yoluxma halları ABŞ-da qeydə alınıb. Bu ölkədə 32 929 178 nəfər COVID-19 infeksiyasına yoluxub. Siyahıda sonrakı yerlərdə Hindistan (28 175 044), Braziliya (16 515 120), Fransa (5 567 152), Türkiyə (5 249 404), Rusiya (5 081 417), Böyük Britaniya (4 487 343), İtaliya (4 217 821), Argentina (3 753 609), Almaniya (3 679 148), İspaniya (3 678 390) və Kolumbiya (3 383 279) qərarlaşıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Azvision.az


Teqlər: ÜST   Koronavirus  





Xəbər lenti