Nüfuzlu “Daily Sabah” nəşri Azərbaycandan yazdı

Nüfuzlu “Daily Sabah” nəşri Azərbaycandan yazdı
  01 İyun 2021    Oxunub:833
Britaniya Azərbaycanlıları Cəmiyyətinin rəhbəri Fəridə Pənahovanın təşəbbüsü ilə “www.dailysabah.com” xəbər portalında "Azərbaycan qələbəsinin 103-cü ildönümünü böyük qürur hissi ilə qeyd edir" sərlövhəli məqalə yerləşdirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Azvision.az -a bildirilib ki, irlandiyalı tarixçi, siyasi şərhçi Patrik Uolşun qələmə aldığı məqalədə 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dəfə Azərbaycanda Xalq Cümhuriyyətinin elan edilməsi, fəaliyyəti və əldə etdiyi nailiyyətlər barədə müfəssəl məlumat verilib.

Həmçinin yazıda bu il Xalq Cümhuriyyətinin yaradılmasının 103-cü ildönümünün Azərbaycanda böyük sevinc və qürur hissi ilə qeyd edildiyi vurğulanıb. Bunun səbəbinin ötən il 44 günlük Vətən müharibəsində Azərbaycanın Zəfər qazanaraq torpaqlarını işğaldan azad etməsi və ərazi bütövlüyünün bərpa olunması ilə əlaqədar olduğu nəzərə çatdırılıb.

Azvision.az


Teqlər: DailySabah  





Xəbər lenti