“Hərbçilərin cəsədləri bir neçə ay soyuducuda saxlanılıb” - Sarkisyan

“Hərbçilərin cəsədləri bir neçə ay soyuducuda saxlanılıb” -  Sarkisyan
  02 İyun 2021    Oxunub:997
Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan Qarabağda ölən erməni hərbçilərin cəsədlərinin plastik torbalarda zirzəmidə saxlanılmasından danışıb.

Azvision.az bu barədə erməni KİV-lərinə istinadla xəbər verir.
“Son 67 ildə mən hər şeyi gördüm: həm müharibə, həm dostların ölümünü... Mənə elə gəlirdi ki, təəccüblənmək və ağlamaq qabiliyyətimi itirmişəm. Ancaq dünənki şəkillərə baxdıqdan sonra qanım dondu. Qəhrəmanlarımızın cəsədləri bir neçə ay soyuducuda saxlanılıb. Məgər bu heyvanlıq deyil? Onların içində bir damla belə insanlıq varmı?" - deyə Sarkisyan bildirib.

Qeyd edək ki, sosial şəbəkələrin erməni seqmentində Qarabağ müharibəsində ölən erməni hərbçilərin plastik torbalara bükülmüş cəsəd və qalıqlarının əks olunduğu fotolar yayılıb. Həmin torbalar tibbi-ekspertiza mərkəzinin Abovyan bölməsinin zirzəmisində yerə səpələnib. Cəsədlərin görüntüləri Ermənistanda ciddi etirazlara səbəb olub.

Oxşar mövzu:

Ermənistanı qarışdıran görüntü: Yüzlərlə hərbçinin cəsədi zirzəmidə tapıldı

Pərvanə Sultanova
Azvision.az



Teqlər: SerjSarkisyan  





Xəbər lenti