Benzin niyə bahalaşdı? - Rəsmi açıqlama

 Benzin niyə bahalaşdı? -   Rəsmi açıqlama
  02 İyun 2021    Oxunub:1452
Azərbaycanda Aİ-95 ("Premium") və Aİ-98 ("Super") markalı benzin bahalaşıb.

Azvision.az xəbər verir ki, ölkəyə 2014-cü ilin aprelin 1-dən idxal olunan Aİ-95 benzininin qiyməti 1,25 manatdan 1,40 manata, Aİ-98 benzininin qiyməti isə 1,40 manatdan 1,55 manata yüksəlib.
SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bahalaşma ilə bağlı bildirib ki, dizel və Aİ-92 benzinindən fərqli olaraq premium və super markalı benzinlər Azərbaycana idxal olunur.

Onun sözlərinə görə, Aİ-92 və dizel yerli istehsal olduğundan qiymətləri dövlət tərəfindən təyin olunur.

"Aİ-95 və Aİ-98, yəni premium və super markalı benzinlər isə xaricdən gətirilir, buna görə qiymətləri istehsalçı ölkədən, istehsalçı zavoddan, onun satdığı qiymətdən asılıdr və bu qiymətlər dünya bazarlarındakı neft və neft məhsullarının qiymətinə uyğun olaraq dəyişir", - deyə İ.Əhmədov vurğulayıb.

Azvision.az


Teqlər: Benzin   Qiymət  





Xəbər lenti