“Neftin bahalaşması ölkəmizin valyuta gəlirlərini artıracaq” - Deputat

“Neftin bahalaşması ölkəmizin valyuta gəlirlərini artıracaq” -  Deputat
  02 İyun 2021    Oxunub:1430
Neftin qiyməti 70 dollarlıq psixoloji həddi keçib. OPEC+ ölkələrinin hasilatı gözləndiyindən daha az artırması və qlobal tələbin çoxalması neftin qiymətini yüksəldib.
Azvision.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov “Facebook” hesabında yazıb.

Deputat qeyd edib ki, qlobal vaksinasiyanın genişlənəcəyi halda neftə tələbin daha da artacağı gözlənilir.

“Neftin qiymətinin yüksəlməsi enerji ixrac edən ölkələrin, o cümlədən Azərbaycanın valyuta gəlirlərini artıracaq. Ölkəmizin ümumi ixracatının 85 faizinin enerji məhsullarının təşkil etdiyini nəzərə aldıqda neftin hər barelində qiymət artımları ölkəmiz üçün əlavə valyuta gətirir.

Enerji ixracatımızdan daxilolmaların artması qeyri-neft sektoruna və xüsusən də infrastruktur layihələrinə daha çox vəsaitin ayrılması baxımından da təqdirə layiqdir", - deyə deputat vurğulayıb.

Qeyd edək ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,90 dollar artaraq 70,57 dollar təşkil edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Neft   Birja  





Xəbər lenti