Hərbi ekspert vurğulayıb ki, müharibədən sonra Ermənistan Silahlı Qüvvələrinin döyüş qabiliyyəti ciddi şəkildə aşağı düşüb: “Ordu yaralanıb. Aşağı döyüş effektivliyi birbaşa orduda intizam pozuntularına səbəb olur. Beləliklə, döyüş effektivliyindəki azalma mənəvi və psixoloji problemlərə də səbəb olur. Bu cür vəziyyətlərin birbaşa səbəbi nizam-intizam və nəzarətin azalmasıdır”.
Onun sözlərinə görə, orduya nəzarət azaldıqdan sonra hərbçilərin xidmət etdiyi ərazini tərk etməsi və ya intiharı qaçılmazdır: “Çox acınacaqlı vəziyyətdəyik. Belə bir halda, vətən müdafiəçisi özünü müdafiəsiz hiss edir”.
İlkin Nəcəfzadə
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


