Ermənistanda yoluxma sayı 223 minə çatır

Ermənistanda yoluxma sayı 223 minə çatır
  02 İyun 2021    Oxunub:1216
Ermənistanda son sutka ərzində daha 92 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 222 870 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 1 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 4446-ya yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1083 nəfərdir.

Aktiv xəstələrin sayı 3763 nəfər təşkil edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: COVID-19  





Xəbər lenti