Erməni cəsədlərinə görə bir neçə nəfər işdən çıxarıldı

 Erməni cəsədlərinə görə bir neçə nəfər işdən çıxarıldı
  02 İyun 2021    Oxunub:1174
Ermənistanda cəsəd qalmaqalı getdikcə şiddətlənir.
Azvision.az xəbər verir ki, müharibədə ölmüş hərbçilərin cəsədlərinin zirzəmidə saxlanılmasına görə, bir neçə nəfər cəzalandırılıb.

Yerli medianın yaydığı məlumatda bildirilir ki, Səhiyyə Nazirliyi Tibbi-ekspertiza mərkəzinin Abovyan bölməsinin əməkdaşları cəzalandırıb:

"Nazirlik mərkəzin direktoruna əsgərlərin cəsədlərini bir neçə ay zirzəmidə saxladığına görə “ağır töhmət” verib. Şöbə müdiri və iki işçi işdən çıxarılıb".

Xatırladaq ki, dünən Ermənistanın səhiyyə naziri vəzifəsini icra edən Anait Avanesyan ikinci Qarabağ müharibəsində ölən erməni əsgərlərin cəsədlərinin zirzəmidə saxlanılmasına görə, onların ailələrindən üzr istəyib. Nazir bildirib ki, bu, onun səhvidir, çünki qalıqların daşınmasından sonra şəxsən onların lazımi şəraitdə saxlanılması ilə məşğul olmayıb.

Tural Tağıyev
Azvision.az



Teqlər: Cəsəd   Zizəmi  





Xəbər lenti