Sarkisyan Qazaxıstana gedir

Sarkisyan Qazaxıstana gedir
  02 İyun 2021    Oxunub:919
Ermənistan prezidenti Armen Sarkisyan iyunun 3-də Qazaxıstana işgüzar səfər edəcək.
Azvision.az xəbər verir ki, bu barədə prezidentin rəsmi saytı məlumat yayıb.

Sarkisyan Qazaxıstan Prezidenti Kassım-Jomart Tokayev, ölkənin ilk prezidenti Nursultan Nazarbayev və parlament rəhbərliyi ilə görüşəcək.

Görüşlər zamanı həm Ermənistan-Qazaxıstan ikitərəfli əməkdaşlığı, eyni zamanda Avrasiya İqtisadi İttifaqı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyətlə bağlı məsələlərin müzakirəsi planlaşdırılır.

Müharibədən sonrakı dövrdə Ermənistanın və bölgənin üzləşdiyi problemlər və çağırışlar da müzakirə ediləcək.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Qazaxıstan  





Xəbər lenti