Qırğızıstanın keçmiş baş naziri həbs edildi

Qırğızıstanın keçmiş baş naziri həbs edildi
  02 İyun 2021    Oxunub:825
Qırğızıstanın keçmiş baş naziri Omurbek Babanov korrupsiyada şübhəli bilinərək iki ay müddətinə həbs olunub.
Azvision.az xəbər verir ki, bu barədə Bişkek məhkəməsi məlumat yayıb.

"Məhkəmə Babanovun iki ay müddətinə həbs edilməsinə qərar verdi", - açıqlamada deyilir.

O, "Kumtor" qızıl mədəninin işlənməsi layihəsinin həyata keçirilməsindəki korrupsiyada şübhəli bilinir. Sabiq baş nazir 31 may tarixində xüsusi xidmət əməkdaşları tərəfindən tutulub. Babanov, ölkənin keçmiş prezidenti Almazbek Atambayevin dövründə baş nazir və 15 oktyabr 2017-ci il seçkilərində sabiq prezident Sooronbay Jeenbekovun əsas rəqibi olub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: OmurbekBabanov  





Xəbər lenti