İrəvanda etiraz aksiyası: Nazirin istefası tələb olunur

    İrəvanda etiraz aksiyası:    Nazirin istefası tələb olunur
  02 İyun 2021    Oxunub:1656
Ermənistanda Səhiyyə Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirilib.
Azvision.az xəbər verir ki, aksiya iştirakçıları erməni hərbçilərin cəsədlərinin gizlədilməsinə etirazlarını bildiriblər. Onlar səhiyyə naziri vəzifəsini icra edən Anait Avanesyanın istefasını tələb ediblər.

Məlumata görə, əraziyə cəlb olunan polis əməkdaşları bir neçə aksiya iştirakçısını saxlayıb.

Qeyd edək ki, sosial şəbəkələrin erməni seqmentində Qarabağ müharibəsində ölən erməni hərbçilərin plastik torbalara bükülmüş cəsəd və qalıqlarının əks olunduğu fotolar yayılıb. Həmin torbalar tibbi-ekspertiza mərkəzinin Abovyan bölməsinin zirzəmisində yerə səpələnib. Cəsədlərin görüntüləri Ermənistanda ciddi etirazlara səbəb olub.

Oxşar xəbər:

Erməni kilsəsi cəsədlər barədə: “Bunun heç bir bəraəti yoxdur”

Azvision.az


Teqlər: Ermənistan   Etiraz   Aksiya  





Xəbər lenti