İranda neft emalı zavodu yandı - VİDEO

   İranda neft emalı zavodu yandı -  VİDEO
  02 İyun 2021    Oxunub:1141
İranın paytaxtı Tehranda neft emalı zavodunda güclü yanğın olub.
Azvision.az xəbər verir ki, yanğın zavodda maye qaz nəql edən boru kəmərində baş verib. Hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb olunub.

Neft emalı zavodundakı yanğına görə müəssisə fəaliyyətini tamamilə dayandırıb. Xəsarət alanların olması barədə məlumat verilməyib.



Azvision.az


Teqlər: İran   Zavod   Yanğın  





Xəbər lenti