Ötən sutka 371 mindən çox yoluxma qeydə alınıb

Ötən sutka 371 mindən çox yoluxma qeydə alınıb
  02 İyun 2021    Oxunub:724
Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 371 mindən çox artıb.
Azvision.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutkada 371 489 nəfər koronavirusa yoluxub, 8745 pasiyent dünyasını dəyişib. Virusa yoluxanların ümumi sayı 170 812 850, ölənlərin sayı isə 3 557 586 nəfərə çatıb.

İndiyədək ən çox yoluxma halları ABŞ-da qeydə alınıb. Bu ölkədə 32 942 677 nəfər virusa yoluxub. Siyahıda sonrakı yerlərdə Hindistan (28 307 832), Braziliya (16 545 554), Fransa (5 575 650), Rusiya (5 090 249), Böyük Britaniya (4 490 442), İtaliya (4 220 304), Argentina (3 781 784), Almaniya (3 687 828) və İspaniya (3 682 778) qərarlaşıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Azvision.az


Teqlər: ÜST   Koronavirus  





Xəbər lenti