Koronavirusa yoluxma sayı 172 milyonu keçdi

 Koronavirusa yoluxma sayı 172 milyonu keçdi
  03 İyun 2021    Oxunub:671
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 172 milyon 426 min 494 nəfərə çatıb.

Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 3 milyon 706 min 563 nəfərdir. İndiyədək 155 milyon 60 min 668 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatına əsasən, ötən sutkada 371 489 nəfər koronavirusa yoluxub, 8745 pasiyent dünyasını dəyişib.

Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 34 154 305 nəfər virusa yoluxub, 611 020 xəstə dünyasını dəyişib. İkinci sırada Hindistan gəlir. İndiyədək ölkədə 28 441 986 nəfərdə virus aşkar edilib. Xəstələrdən 338 013 nəfər həyatını itirib.

Üçüncü sırada yer alan Braziliyada pandemiya dövründə 16 720 081 nəfərdə koronavirusa yoluxma qeydə alınıb. Onlardan 467 706 nəfəri vəfat edib.

Dördüncü yerdə qərarlaşan Fransada 5 685 915 yoluxma, 109 758 ölüm faktı qeydə alınıb. Siyahıda beşinci olan Türkiyədə 5 263 967 nəfər virusa yoluxub ki, onlardan 47 768-i dünyasını dəyişib.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti