İran BMT-də səsvermə hüququndan məhrum edildi

 İran BMT-də səsvermə hüququndan məhrum edildi
  03 İyun 2021    Oxunub:1020
İran və Mərkəzi Afrika Respublikası (MAR) BMT Baş Assambleyasında səs vermək hüququndan məhrum edilib.
Azvision.az xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreşin BA sədri Volkan Bozkıra göndərdiyi məktubda qeyd edilib.

Məlumata görə, buna səbəb həmin dövlətlərin təşkilata borclarını ödəməməsidir.

“Hazırda beş üzv ölkə BMT Nizamnaməsinin 19-cu maddəsinin şərtlərinə uyğun olaraq borcludur", - məlumatda vurğulanıb.

İbrahim Rəisi torpağa tapşırılıb - YENİLƏNİB
Məktubda borclular siyahısına beş dövlət daxildir: MAR, İran, San-Tome və Prinsipi, Komor Adaları və Somali. Buna baxmayaraq, Baş Assambleya son üç ölkənin sessiyanın sonuna qədər səs vermə hüququnu məhdudlaşdırmayıb.

Borcunu ödədikdən sonra dövlət səsvermə hüququnu bərpa edir. Baş katibin məktubuna görə, səs hüququnu bərpa etmək üçün İranın təşkilat büdcəsinə 16 251 298 dollar, MAR 29 395 dollar köçürməlidir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İran   BMT  





Xəbər lenti