Rusiya səfiri Zəngəzurda olub

 Rusiya səfiri Zəngəzurda olub
  03 İyun 2021    Oxunub:1080
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Sünikə (Zəngəzura -red.) səfər edib.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya səfirliyinin “Facebook” səhifəsində məlumat paylaşılıb.

Diplomat Gorus-Qafan magistral yolu boyunca qurulan postlarda Rusiya və Ermənistan sərhədçilərinin, həmçinin Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Mühafizə Xidmətinin əməkdaşları tərəfindən vəzifələrin yerinə yetirməsi ilə tanış olub.

Qafan meri Qevorq Parsyan səfirə şəhərdəki mövcud sosial-iqtisadi vəziyyət barədə məlumat verib. Mer bölgədə təhlükəsizliyin təmin edilməsində sərhədçilərin iştirakına görə Rusiyaya minnətdarlığını bildirib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Zəngəzur   Səfir   Rusiya  





Xəbər lenti