Miqrantlarla bağlı yeni tələb: Rus dilini və tarixini bilmək məcburidir
Azvision.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Rusiya tarixi üzrə imtahandan keçərkən xaricdən müraciət edənlər əsas hadisələr, böyük şəhərlərin adları və mühüm dövlət bayramları barədə biliklərinə görə sınanırlar. Bundan əlavə, miqrantlar ölkədə olduqları müddətdə özlərinin əsas hüquqları, azadlıqları və vəzifələri ilə tanış olmalıdırlar. Bu tələblər, bəzi istisnalarla, yalnız Rusiyada müvəqqəti yaşamağı planlaşdıranlara da şamil edilir.
Bundan əvvəl Daxili İşlər Nazirliyi MDB ölkələrindən olan qanunsuz miqrantların 15 iyun 2021-ci il tarixinədək Rusiya Federasiyası ərazisini tərk etmələrini tələb edib.
Pərvanə Sultanova
Azvision.az