Ermənistan parlamentində qalmaqal: Vitse-spiker deputatı “axmaq” adlandırdı - VİDEO

  03 İyun 2021    Oxunub :674
Ermənistan parlamentində qalmaqal:  Vitse-spiker deputatı “axmaq” adlandırdı -  VİDEO
Ermənistan parlamentinin sədr müavini Lena Nazaryan plenar iclasda çıxışı zamanı mikrofonu söndürməyi unudaraq deputat Taquhi Tovmasyanı "axmaq" adlandırıb.
Azvision.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

Hadisə hakim “Mənim addımım” fraksiyasının üzvü olmuş deputatın ölkə rəhbərliyini hərbçilərin qalıqlarının ləyaqətsiz halda saxlanılmasına görə tənqid edərkən baş verib.Onun çıxışından sonra Nazaryan mikrofonu söndürməyi unudaraq, həmkarına “axmaq” deyib və bunu iclasda iştirak edən hamı eşidib.



Tovmasyan vitse-spiker Nazaryanın təhqirinin açıq şəkildə eşidildiyi videonun sosial şəbəkələrdə geniş yayıldığını qeyd edib. Kobud davranışa görə, ondan üzr istəməsini tələb edib. Əks təqdirdə, daha sərt davranacağını vurğulayıb. Ancaq Lena Nazaryan üzr istəməyib.

Xatırladaq ki, sosial şəbəkələrin erməni seqmentində Qarabağ müharibəsində ölən erməni hərbçilərin plastik torbalara bükülmüş cəsəd və qalıqlarının əks olunduğu fotolar yayılıb. Həmin torbalar tibbi-ekspertiza mərkəzinin Abovyan bölməsinin zirzəmisində yerə səpələnib. Cəsədlərin görüntüləri Ermənistanda ciddi etirazlara səbəb olub.

Ermənistanda biabırçı olay: Əsgər anasına üçayaqlı cəsəd verdilər

Pərvanə Sultanova
Azvision.az

Teqlər: TaquhiTovmasyan  






Xəbər lenti