KTMT Ermənistanda xüsusi təlimlər keçirəcək

KTMT Ermənistanda xüsusi təlimlər keçirəcək
  03 İyun 2021    Oxunub:800
2021-ci ildə Ermənistan ərazisində "Qrom- 2021" adlı xüsusi təlim keçiriləcək. Təlimlərə aviasiya və zirehli texnikalar cəlb ediləcək.
Azvision.az xəbər verir ki, bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sözçüsü Vladimir Zaynetdinov bildirib.

"Ermənistan ərazisində keçirilməsi planlaşdırılan təlim zamanı zirehli texnika, xüsusi texnika, aviasiya, PUA və xidməti-axtarış itlərinin istifadəsi ilə iki mərhələdə praktik tədbirlər hazırlanacaq", - KTMT rəsmisi deyib.

Onun sözlərinə görə, təlimin hazırlanması üçün 1-3 iyun tarixlərində Ermənistanda qərargah danışıqları aparılıb. KTMT-nin Kollektiv Çevik Qüvvələrinin xüsusi təyinatlı bölmələrinin yaradılması nəzərdən keçirilib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: KTMT  





Xəbər lenti