Koçaryan Paşinyandan qisas alacağını vəd etdi

 Koçaryan Paşinyandan qisas alacağını vəd etdi
  03 İyun 2021    Oxunub:720
Ermənistanın eks-prezidenti Robert Koçaryan növbəti dəfə Paşinyan iqtidarını hədələyib.
Azvision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Koçaryan seçkiöncəsi tərəfdarları ilə görüşü zamanı Nikol Paşinyanın komandasının onun əlindən qaça bilməyəcəyinə eyham vurub. O qisasçı açıqlamasında deyib:

"Hara qaçsalar, tapıb gətirəcəyik".

Xatırladaq ki, bir neçə gün öncə sabiq prezident Robert Koçaryan tərəfdarları ilə görüşü zamanı hazırda baş nazir vəzifəsini icra edən Nikol Paşinyanı təhqir etmişdi.

"O kağızı imzaladıqdan sonra (Kapitulyasiya aktını nəzərdə tutur-red.) nə qədər uşaq bezini dəyişdiyini bilmirəm. İndi də kişilikdən danışır?",- deyə ölkənin keçmiş prezidenti Robert Koçaryan Paşinyan haqqında sərt ifadələr işlətmişdi.

Tural Tağıyev
Azvision.az



Teqlər: Koçaryan   Paşinyan  





Xəbər lenti