Ermənistanda XİN rəhbəri vəzifəsini kim icra edir? - Anlaşılmaz cavab

 Ermənistanda XİN rəhbəri vəzifəsini kim icra edir? -  Anlaşılmaz cavab
  03 İyun 2021    Oxunub:863
Ermənistan xarici işlər naziri vəzifəsini hazırda müavinlərdən biri yerinə yetirir.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

“Xarici işlər naziri vəzifəsini digərlərindən daha uzun müddət müavin postunda çalışanlardan biri yerinə yetirir. Hazırda bütün nazir müavinləri öz işlərini icra edirlər”, - açıqlamada bildirilir. Lakin həmin müavinin adı açıqlanmayıb.

Xatırladaq ki, xarici işlər naziri vəzifəsini icra edən Ara Ayvazyan mayın 27-də istefa verib. Mətbuat istefanın səbəbinin Nikol Paşinyanla ziddiyyətlər olduğunu yazıb. Onun ardınca nazir müavini Qaqik Qalaçyan və mətbuat katibi Anna Naqdalyan da istefa veriblər.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Ermənistan  





Xəbər lenti