Dünyada ən çox peyvənd bu ölkələrdə vurulub

Dünyada ən çox peyvənd bu ölkələrdə vurulub
  03 İyun 2021    Oxunub:756
Dünyada koronavirusa qarşı vurulan peyvənd dozalarının sayı iki milyardı ötüb.
Azvision.az TASS-a istinadla xəbər verir ki, peyvəndlərin yarıdan çoxu üç ölkənin – Çin, ABŞ və Hindistanın payına düşür.

İndiyədək dünyada 2,002 milyard insan peyvənd olunub. Onların 700 milyondan çoxu Çində, 220 milyondan çoxu Hindistanda vurulub. ABŞ-da istifadə edilən vaksin dozalarının sayı 300 milyona yaxınlaşır.

Qeyd edək ki, əhali sayına nisbətdə tam peyvəndlənən sakinlərin statistikasına əsasən, dünyada Seyşel Adaları (62 faizdən çox) və İsrail (60 faizdən yuxarı) liderdir.

Azvision.az


Teqlər: Vaksinasiya   Peyvənd  





Xəbər lenti